IQNA

Kərbəlada İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yarışması keçiriliib

17:40 - October 19, 2017
Xəbər sayı: 3482281
Kərbəlada ilk dəfə olaraq “İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yazma” yarışmasında İraq daxilindən və digər ölkələrdən 50 tədqiqatçı iştirak edib.

Kərbəlada İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yarışması keçiriliib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki,İmam Səccadın (ə) hüquq risaləsi ilə bağlı gənc yazarları qısa hekayələr yazmağa təşviq etmək məqsədi ilə keçirilən yarışmaya İraq, Misir, Suriya, Bəhreyn, Səudiyyə Ərəbistan və digər ölkələrdən yazarlar qatılıb.

Qeyd edək ki, yarışma "Təratil Səccadiyyə” beynəlxalq dini-mədəni festivalı çərçivəsində baş tutub. Festival artıq 4 ildir ki, İmam Zeynəl-Abidinin (ə) şəxsiyyətini və o həzrətin hüquq risaləsini araşdırmaq məqsədi ilə Kərbəla şəhərində təşkil olunur.

captcha