IQNA

Bu dəfə Myanma ordusunun hədəfində MƏSCİDLƏRDİR

11:06 - December 13, 2017
Xəbər sayı: 3482500
Myanmar ordusu müsəlmanlara qarşı yeni hücumlara başlayıb. Bu dəfə hədəfdə məscidlərdir. Myanma ordu qüvvələri bir həftə içində Maundavdakı 17 məsciddən 16-sını dağıdıb.

Bu dəfə Myanma ordusunun hədəfində MƏSCİDLƏRDİRİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, cari ilin avqust ayından müsəlmanlara qarşı etnik təmizləmə aparan, 100 minlərlə müsəlmanın evlərindən didərgin düşməsinə səbəb olan Myanma silahlı qüvvələri bu dəfə müsəlmanların məscidlərinə hücumlara başlayıb. 

 
Maide.Az dünya mediasına istinadən xəbər verir ki,  Myanma ordu qüvvələri bir həftə içində  Maundawdəki 17 məsciddən 16-sını dağıdıb. 
 
Məlumata görə, kəndlilər bildirib ki, evlərin dağıdılması və yandırılmasından sonra  ordu qüvvələri məscidlərə və ibadət ocaqlarına hücumlara başlayıb. Myanma hökuməti isə  məscidlərin dağıdılmasının qarşısını almayıb. 
 
Xatırladaq ki, 2017- cilin  avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb.  Avqustun 25-dən etibarən Myanma ordusunun zülmünə görə  620 mindən çox  Rohinca müsəlmanı Banqladeşə qaçıb. 
 
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.
Teqlər: iqna ، myanmar ، məscid
captcha