IQNA

Kərbəlada "Ənti əl-Əfzəl" beynəlxalq Quran yarışı başa çatdı

10:35 - October 13, 2019
Xəbər sayı: 3485948
Bu yarışlarda Azərbaycan, Livan, İraq, BƏƏ, İordaniya, Yəmən, Kanada, Küveyt, İslandiya, ABŞ, Avstraliya, Əlcəzayir, Rusiya, Danimarka, Macarıstan, İsveç və Əfqanıstandan xanımlar iştirak ediblər.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseyn (ə) hərəminin "Uşaqlar və xanımlar üçün informasiya mərkəzi"nin təşəbbüsü ilə xanımlar arasında internet üzərindən keçirilən "ənti əl-əfzəl" beynəlxalq Quran yarışları dünən, həftənin Şənbə günü, 12 Oktyabr 2019-cu il, başa çatıb.

İmam Hüseyn (ə) hərəminin "Uşaqlar və xanımlar üçün informasiya mərkəzi"nin rəisi İman Hücəymi bu yarışların nəticələrinin elan edildiyini xəbər verərək deyib: "Bizimi unutmayın" devizi və xanımların dini, mədəni və tarixi məlumat vəsiyyəsinin yüksəldilməsi hədəfi ilə keçirilən bu yarışlarda 26 ölkədən 3888 nəfər iştirak edib.

O əlavə edib: Bu yarışlarda Azərbaycan, Livan, İraq, Ərəbistan, İran İslam Respublikası, Bəhreyn, BƏƏ, İordaniya, Yəmən, Kanada, Küveyt, İslandiya, Suriya, ABŞ, Avstraliya, Əlcəzayir, Oman, Rusiya, Danimarka, Pakistan, Macarıstan, İsveç və Əfqanıstandan xanımlar iştirak ediblər.  

Onun dediklərinə görə, yarışlarda iştirak edənlərin 1170 nəfəri bütün suallara düzgün cavab yazıb. Buna görə də qaliblər püşkatma yolu ilə seçiliblər və 10 nəfərə hədiyyə verilib.

Qeyd edək ki, internet üzərindən keçirilən bu yarışlar Məhəmmər ayının birindən sonundək davam edib.

https://iqna.ir/fa/news/3849385

captcha