IQNA

HƏMAS və Fəth İsrailə qarşı bir araya gəlir

9:22 - July 04, 2020
Xəbər sayı: 3487537
Fələstində iqtidar partiyası “Fəth” və Qəzzanı idarə edən HƏMAS, müstəqil Fələstin Dövləti qurmaq və fələstinlilərə qarşı ABŞ-İsrail planlarını boşa çıxarmaq üçün birlikdə çalışacaqlar.

HƏMAS rəsmisi Salih Aruri ilə birlikdə telekonfrans yolu ilə ortaq mətbuat açıqlaması verən Cibril Racub “1967 il sərhədlərində müstəqil və suveren bir Fələstin dövlətinin qurulması və köçkün problemini beynəlxalq qərarlar təməlində həll edilməsi üçün Fələstin bayrağı altında mübarizəmizi birlikdə davam edəcəyik.”, -deyə bildirib.

Fələstinlilərin Fəth və HƏMAS-ın milli birliyinin bazası olmağa çalışmasına başlamasını gözlədiklərini qeyd edən Racub “mübarizəmizi hədəf olan fövqəladə təhdidlərlə qarşı-qarşıyayıq. Xalqımızın ilhaqa verdiyi reaksiya, ABŞ-İsrail planlarını rədd etmək üçün milli bir vəhdət olduğunu göstərir”,-  deyə əlavə edib.

Racub ayrıca HƏMAS-la yeni bir səhifə açmaq və bütün qrupların qatılması ilə tək bir səs və tək bir bayraq altında təhdidlərin qarşısına çıxmaq istədiklərini vurğulayıb.

ABŞ-ın başına 5 milyon dollar qoyduğu, HƏMAS, İran və Hizbullah arasındakı əlaqələrin qurulmasındakı məsul Arurui isə, ilhaq planının həyata keçirilməsinin iki dövlətli çözümün sonu mənasına gələcəyini önə çəkərək, Fəth ilə HƏMAS arasındakı birliyə işarə edərək “Daha əvvəl edə bildik, yenə də edəcəyik. HƏMAS və Fəth arasında işğala qarşı çıxmaq və işğalçıların planlarına dirənmək mövzusunda bir fərq yoxdur. İşğala qarşı mübarizə etmək için stratejik bir razılıq əldə etməyimiz üçün fərqliliklərimizi bir qırağa buraxmalıyıq.”, - deyə vurğulayıb.

İki rəsmi, ilhaq planının fələstinlilərə müharibə elanı anlamına gələcəyini qeyd edərək, bu addımın atılması halında İsraili düşmən olaraq dəyərləndirəcəkləri və əllərindəki hər cür vasitə ilə mübarizə edəcəkləri xəbərdarlığını ediblər./islamazeri/

Teqlər: həmas ، fəth ، fələstin ، qüds
captcha