IQNA

Quranı hifz etmək 278 məhbusun azadlığına səbəb oldu

0:17 - June 16, 2021
Xəbər sayı: 3490073
BƏƏ-nin Dubay əmirliyində məhbusların islahı və tərbiyəsi yönündə hazırlanmış Quran hifzi layihəsi çərçivəsində keçən bir il ərzində 278 nəfər məhbəs həyatı ilə vidalaşıb.

BƏƏ-nin Dubay əmirliyində məhbusların islahı və tərbiyəsi yönündə hazırlanmış Quran hifzi layihəsi çərçivəsində keçən bir il ərzində 278 nəfər məhbəs həyatı ilə vidalaşıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "emaratalyoum" informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin İslah və Cəza Müəssisələrinin baş idarəsi və Dubay Quran Mukafatı Təşkilatının həmkarlığı ilə hazırlanan "Məhbusların Quran Hifzi Layihəsi" keçən bir il ərzində icra edilib.

Bu layihə çərçivəsində məhbuslara Quran və digə dini məsələlər öyrədilir, onlarla maarifləndirmə aparılır, dini mövzularda müsabiqələr təşkil edirlir və Quranı hifz edə bilən məhbusun cəzası yüngülləşdirilir.

Həbsxana məsullarının dediyinə görə, bu layihə çərçivəsində keçən bir ildə 278 qadın və kişi məhbus əfv edilərək məhbəs həyatı ilə vidalaşıblar. / iqna

Teqlər: quran hifzi ، dubay ، məhbus ، həbs ، quran hafizi
captcha