IQNA

GMİ tərəfindən “İslamda yardımlaşma mədəniyyəti” konfransı keçirilib

14:21 - June 17, 2021
Xəbər sayı: 3490085
İyun ayının 15-də Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib.

İyun ayının 15-də Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib.

“Alulbeyt Dini Mədəniyyət Mərkəzi”ndə keçirilən konfransda səfirlik nümayəndələri, din xadimləri, xeyriyyə sahəsində fəaliyyət göstərən 30-a yaxın fondun və dərnəyin rəhbərləri və media nümayəndələri iştirak ediblər.
 
Tədbir Natiq Əliyevin Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Sonra konfransın moderatoru Vidadi Qurbanov konfransın məqsəd və məramını açıqladı və çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidova və İdarənin şərqi Gürcüstan müftisi Hacı Etibar Eminova verib. Onlar ümumbəşəri sevgi dini olan İslamın yardımlaşma ilə bağlı düşüncəsi və verdiyi önəm, dinimizdə yardımlaşmanın növləri, fəziləti və əhəmiyyəti haqqında ətraflı danışıblar.
 
Sonra Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed Erdem, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Əl-Mustafa ali təhsil mərkəzinin Gürcüstan üzrə rəhbəri Həsən Yusifzadə, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin sədri Nəriman Qurbanov və başqaları çıxış ediblər.
 
Çıxış edənlər öncə olduqca mühüm bir mövzu ətrafında konfrans təşkil etdiyinə görə Gürcüstan Müsəlmanları İdarəsinə təşəkkür ediblər. Sonra bu gün dünyada və ölkədə yoxsul və aztəminatlı ailələrin olduğu bir dönəmdə İslamın İnfaq – yardımlaşma mədəniyyətinə önəm vermənin vacibliyindən danışıblar.
 
Tədbirin sonunda xeyriyyə sahəsində fəaliyyət göstərən 30 yaxın xarici və yerli fond və dərnəklər haqda qısa məlumat verilib, onlara Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub. Onlara xeyirxah işlərində uğurlar arzu edilib. /oxuinfo.com
 
Teqlər: yardımlaşma ، sədəqə ، ehsan ، nəfəqə ، GMİ
captcha