IQNA

İranda 30 cildlik Quran Elmləri Ensiklopediyası çap və nəşr edilir

11:58 - June 22, 2021
Xəbər sayı: 3490119
İran İslam Respublikasında Ali Dini Elmi Hövzənin Quran elmləri mütəxəssisləri tərəfindən Qurani-Kərimi müxtəlif cəhətlərdən araşdıran yeni Quran Elmləri Ensiklopediyası 30 cilddə çap və nəşr edilir.

İran İslam Respublikasında Qurani-Kərimi müxtəlif cəhətlərdən araşdıran yeni Quran Elmləri Ensiklopediyası 30 cilddə çap və nəşr edilir.

Bu barədə ensiklopediyanı yazan elmi şuranın üzvü Höccətul-İslam vəl-müslimin Behcətpur məlumat verib.

Quran Elmləri Ensiklopdeiyasının təqdimat mərasiminin haşiyəsində keçirilən elmi toplantıda əsərin mənfi və müsbət cəhətləri müzakirə və tənqid edilib.

Məlum elmi toplantıda Leyden İslam Ensiklopediyasının Quran barədə məqalələrinin tənqid edilməsi əsərin müsbət cəhəti kimi qiymətləndirilib.

Ötən həftə keçirilən təqdimat və tənqid toplantısında Höccətul-İslam vəl-müslimin Əbdül-Kərim Behcətpur ("Vəhyi ilə birgə" təfsirinin müəllifi), Höccətul-İslam vəl-müslimin Əbul-Qasim Müqimi (Dini Elmi Hövzənin təhsil məsələləri üzrə müavini), Həsən Tarimi (İslam Dünyası Ensiklopediyasının elmi üzvü) və digər alimlər iştirak ediblər.

Qeyd edək ki, bu ensiklopediyanın yazılması hicri-şəmsi tarixi ilə 1395-ci ildə (beş il öncə) başlayıb.

Ensiklopediyanın Quranşünaslıq bölməsində 34 mədxəl hazırlanıb.

Quran Elmləri Ensiklopediyasının birinci cildi Quranın nazil olması bəhsi ilə başlayıb, surələrin nazil olması tarixi üzərində araşdırma aparılıb. Qiraət bəhsi, xüsusi ilə də 7 qiraət məsələsi araşdırılıb.

Quran hədəfləri, surəs və ayələrin şəni-nüzulu, surə və ayələrin xüsusiyyətləri, Quranın sistematikliyi, cahanşümulluğu, came və cavidan olması, Quran ayələrinin təkrarının fəlsəfəsi, şərqşünasların Quran barədə rəyləri, Quran və hüquq, Quran və ilahiyyat, Quran və qadın, Quran ibham və icmal, Quran toplanması, Quranın nüzul tərtibi və sair mövzular bu ensiklopediyada geniş izah edilmiş digər məsələlərdir.  / iqna

 

captcha