IQNA

Şri-Lankada hərbçilərdən müsəlmanlara qarşı aqressiya aktı

13:44 - June 22, 2021
Xəbər sayı: 3490122
Şri-Lanka hakimiyyəti onlarla müsəlmanın hərbçilər tərəfindən ictimai şəkildə təhqir edilməsi ilə bağlı araşdırma aparacağına dair söz verib.

Şri-Lanka hakimiyyəti onlarla müsəlmanın hərbçilər tərəfindən ictimai şəkildə təhqir edilməsi ilə bağlı araşdırma aparacağına dair söz verib.

Belə ki, həftəsonu sosial şəbəkələrdə yayılan kadrlarda müsəlmanların əsgərlər önündə diz çökdürüldüyü görünürdü.

Bildirilir ki, Şri-Lankada karantin rejiminə nəzarət edən hərbçilər müsəlmanları zor gücü ilə diz çökdürdüblər. Hərbçilər həmin müsəlmanların karantin qaydalarını pozduğunu iddia etsələr də, hərbçilərin özbaşınalığından zərər çəkmiş müsəlmanlar karantin qaydalarını pozmadıqlarını bildiriblər.

Zərərçəkənlərdən biri olan Məhəmməd Mərzuk deyib ki, insulin almaq üçün aptekə gedib, lakin hərbçilər onu saxlayıblar. O, hərbçilərə dərmanın qutusunu göstərsə də, onlar onu diz çökdürərək döyüblər.

Sözügedən görüntüləri sosial şəbəkələrdə geniş yayılmasından sonra ordu hadisəni etiraf edərək onu araşdırmaq məcburiyyətində qalıb./Shafagna

captcha