IQNA

Amerika İslami Müqavimət Cəbhəsinə bağlı saytları blokladı

15:12 - June 23, 2021
Xəbər sayı: 3490129
Amerikanın Ali Baş Məhkəməsi və ABŞ İqtisadiyyat Nazirliyinin Sənaye və Təhlükəsizlik idarəsi müştərək bir addımda İslami Müqavimət Cəbhəsinə bağlı bütün saytları bağlayıb.

Amerikanın Ali Baş Məhkəməsi və ABŞ İqtisadiyyat Nazirliyinin Sənaye və Təhlükəsizlik idarəsi müştərək bir addımda İslami Müqavimət Cəbhəsinə bağlı bütün saytları bağlayıb.

Amerikanın sanksiyalarını pozması iddiası ilə bağlanılan informasiya portallarının sayı 33-ü keçib.

Bunların arasında İraq, Suriya, Yəmən, Livan, İran və Bəhreynin İslami Müqavimət Hərəkatlarına aid olan peyk şəbəkələrinin informasiya portalları, o cümlədən əl-Məsirə, əl-Kövsər, əl-Aləm, Lölö TV, əl-Məlumə, Press TV, Fəratnews, ən-Nəim və sair yer almışdır.

İstifadəçilər bu saytlara girərkən belə bir mesajla üzləşirlər: "Bu portal Amerikanın Sənaye və Təhlükəsizlik İdarəsi tərəfindən müsadirə edilmiş və bağlanılmışdır".  

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə ona bu barədə verilən suala cavab verə bilmədiyini deyib və Ədliyyə Nazirliyinin yaxın saatlarda bu barədə fikir bildirəcəyini ehtimal edib. /iqna

 

captcha