IQNA

Omanda ən böyük şiə məscidi açılıb

15:01 - November 23, 2022
Xəbər sayı: 3493306
Omandakı ən böyük şiə məscidi vəqflər naziri və Elmi Hövzələrin Ali Şurasının üzvü Ayətullah Ərakinin iştirakı ilə açılıb.

"İQNA", Yaxınlaşdırma təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Omanın Vəqflər Naziri Məhəmməd ibn Səid Əl-Məməri və Elmi Hövzələrin Ali Şurasının üzvü, Məsləhət Şurasının Sosial və Mədəniyyət Komissiyasının rəhbəri Ayətullah Ərakinin iştirak etdiyi mərasimdə, Omanın ən böyük şiə məscidi "Camius-Salam" məscidinin açılışı olub.

Omandan bir qrup şiə və sünni alimi və ərəb ölkələrindən bir sıra şiə alimlərinin iştirakı ilə keçirilən bu mərasimdə Omanın Əl-ləvatiyə qəbiləsinin şeyxi və keçmiş kənd təsərrüfatı naziri doktor Fuad Əl-Cavani bu məscidin xatirə lövhəsini Omanın vəqflər nazirinə təqdim edib.

Maskatda 30000 kvadratmetr ərazidə yerləşən "Camius-Salam" məscidi Omanın Əl-ləvatiyə Vəqflər Administrasiyasının səyləri ilə 12820 kvadratmetr sahə ilə inşa edilmişdir.

4101586

captcha