"İQNA", "Əl-Eyn"-ə istinadən xəbər verir ki, bu müsabiqədə iştirak etmək istəyən Misir məscidlərinin imam-camaatları məscidlərin ən mühüm fəaliyyətləri, təbliğat və ictimai kurslar və məscidin ehsan vermə planında iştirak səviyyəsi, cəmiyyətə xidmət, təbliğ və maarifləndirmə fəaliyyətləri, məscidin saxlanması və təmizlənməsi ilə bağlı görüntülü faylını təqdim edə bilərlər.
Misirin Vəqflər Nazirliyi bir bəyanatda bildirib: "Müxtəlif rayonların vəqf idarələrində bu idarələrin direktorunun rəhbərlik etdiyi komitə yaradılacaq. Birinci rayon rəhbərliyi 10, ikinci isə 5 ən yaxşı məscidin faylını Vəqf İdarəsinin dini şöbəsinin müdirinə təqdim edəcək".
Misir Vəqflər Nazirliyinin Baş İdarəsində bu nazirliyin dini idarəsinin rəhbərinin sədrliyi ilə ən yaxşı məscidləri seçmək və nəhayət nümunəvi məscidi tanıtmaq üçün mərkəzi komitə yaradılacaq.
Bu müsabiqənin sonunda Misirdə müxtəlif vəqf idarələri və ictimai məscidlər səviyyəsində birdən çox məscid mükafat alacaq.
Həmçinin ən yaxşı məscidin qəyyumlarına və işçilərinə və ən çox nümunəvi məscidi təqdim edən vəqf şöbəsinə mükafat veriləcək.
4102925