IQNA

Quran bilgiləri / 7

Dözümlülük və dindarlıq arasındakı əlaqə

21:39 - November 28, 2022
Xəbər sayı: 3493334
İnsan həyatı gözlənilməz sınaqlarla doludur. İstənilən vəziyyətdə və mövqedə olan hər bir insan bir çox şəxsi, ailə və sosial çətinliklər və problemlərlə üzləşir. Lakin bütün insanların onlara qarşı dözümlülük səviyyəsi eyni deyil.

Mənfi emosiyalar üzləşdiyimiz ən mühüm emosiyalardan biridir. Bütün dünyada fərdlərə və ailələrə böyük xərclər çıxartmışdır. Mənfi emosiyalar arasında kədər, depressiya və narahatlığı qeyd etmək olar.

Bizi kədərləndirən şeyə gəldikdə, mənfi hadisələrə və ya çətin vəziyyətlərə oxşar reaksiyalarımız var. Məsələn, bir şeyi itirdiyimiz zaman kədərlənirik və bu kədər o qədər güclənə bilər ki, bütün həyatımızı əhatə edib və əməlimizə təsir edər.

Bəzən qorxu bizə qalib gəlir və sevimli məqsədlərimizə çata bilməməkdən narahat oluruq. İstər hökmdar olsun, istərsə də ətrafımızdakılar bizə hakim olanlar tərəfindən hüquqlarımızı itirəndə kədərlənirik.

Biz elə bir şəraitdə yaşaya bilmərik ki, heç bir problemimiz olmasın. Heç bir problemlə üzləşməyək. Hətta ən yaxın insanlar belə, gözləmədiyimiz və bizim üçün xoşagəlməz bir şey edə bilər. Bu bir həqiətdir ki, kədər və iztirab həyatın bir parçasıdır və dünya həyatı kədərdən ayrılmaz. Adətən kədərlər uzun, sevinclər daha qısa olur və həyatın təbiəti belədir.

Psixoloqlar tərəfindən aparılan araşdırmalara görə, psixi sağlamlıq və dəyərlər arasındakı əlaqə birbaşa əlaqədir. Dəyərlər bizə kədərə nə qədər dözə biləcəyimizi söyləyir. Ona görə də təzyiqlərə və çətinliklərə dözmək bizim dəyərlər sistemimizdən asılıdır. Buna görə də, psixoloqlar əsas dəyəri artırmaqla insanların təzyiq və narahatlıqlara qarşı dözümlülüyünü artırmağa çalışırlar.

Bu kontekstdə psixi sağlamlıq, din və Allah arasındakı əlaqə çox önəmlidir. Bu əlaqə bir-birinə bağlı olarsa, insanın dözümlülüyü və problemi həll etmək qabiliyyəti güclənir. Həmçinin Allahla əlaqə kədərdən çıxış yolu və ümidvar olmağa şərait yaradır.

Başqa bir məsələ zərər və kədərə səbəb olan amilləri tanımaqdır. Bunların arasında “şeytan”ı və şeytanın qəlbimizə sızmış mənfi fikirlərini qeyd edə bilərik. Allahla əlaqəmiz kəsildiyi zaman  kədərlənirik. Belə bir vəziyyətdə şeytanın içəri girməsi üçün yol açılır. O, düşüncə və mesajları ilə zehniyyətimizi dəyişir; Necə ki, Qurani-Kərimdə buyurulur: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir" (Bəqərə, 268).

captcha