IQNA

Əlcəzair universitetlərinin Quran hafizləri mükafatlandırılıb

11:08 - November 29, 2022
Xəbər sayı: 3493335
Əlcəzairin Vahran qubernatoru Qurani-Kərimi əzbər bilən 168 kişi və qız tələbənin şərəfinə təşkil edilən mərasimdə onların hər birini ayrı-ayrılıqda ümrə səyahəti ilə mükafatlandırıb.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Vahran Universitetində Əlcəzair universitetlərinin tarixində Quran hafizi olan tələbələrin şərəfinə ən böyük mükafatlandırma mərasimi keçirilib.

Bu mərasimdə Vahranın qubernatoru Əl-Səid Səud Quran hafizlərinə Ümrə bileti verərək onları mükafatlandırdı.

Vahran əyaləti rəsmi Facebook səhifəsi vasitəsilə bu əyalətin qubernatorunun Quran hafizi olan 168 tələbəyə Ümrə səyahəti verdiyini bildirib.

Ən çox Quran hafizi 60 nəfərlə Vahran Universitetinin Tibb fakültəsi, digər 100 hafiz isə müvafiq olaraq Əczaçılıq, Humanitar elmlər və Stomatologiya fakültələrinə aid idi.

Bu tələbələr tezliklə onlara hədiyyə olunan Ümrə səfərinə göndəriləcək.

4102938

captcha