IQNA

Quranda tövhid / 4

Quranın həqiqəti varlığın mənşəyini bilməkdir

11:11 - November 29, 2022
Xəbər sayı: 3493336
Quran ayələrinin hamısı laqeydlikdən çəkinmək üçün xatırlatmaq və maarifləndirmək məqsədi daşıyır. Böyüklərin nəzərində belə insanlar arifdirlər.

"İQNA", xəbər verir ki, müəllif və dini tədqiqatçı Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Xosrəvi varlığın mənşəyi həqiqətinə diqqət yetirməyin vacibliyindən bəhs edib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Quranın müzakirəsi geniş, şirin və cəlbedici müzakirədir. Quran bütün insanlara xitab edir; “İnsanların hamısını hidayət edəndir” (Bəqərə, 185, Ali-İmran, 4 və s.). Lakin Quranın əsas dinləyicisi “Ululul-Əlbab” (Yusif, 111, Maidə, 100 və s.) ibarəti ilə ifadə olunur. "Ulul-Əlbab" düşüncələrindən istifadə edən şəxslərdir. Quranda tez-tez "Yətəfəkkərunə" fikirləşirlər, “Yəqılunə" düşünürlər və "yətəzəkkərunə" xatırlayırlar kimi kimi müxtəlif ibarətlərlə onlara işarə olunmuşdur.

Müxtəlif ayələrdə təfəkkür, düşünmək və fikir sahibi olmaqdan bəhs edilir; Çünki dünya insana sərxoşluq, sərxoşluq isə qəflət (diqqətsizlik) gətirir. Hakimiyyət sərxoşluğu, var-dövlət sərxoşluğu, qürur sərxoşluğu və elm sərxoşluğu kimi bütün bu sərxoşluqlar insanın ayıqlığını itirməsinə səbəb olur və gözünün önünə qəflət pərdəsi düşür və hər şey əldən gedəndən sonra gözünü açır.

Quranın bütün ayələri bu qəflətdən çəkinmək üçün xatırlatma və xəbərdarlıqdır. Böyüklərin nəzərində belə insanlar arifdirlər. Arif, bu məsələlərdə diqqətli olan adamdır.

İlin dəyişməsi xatırlatmaq və maarifləndirməkdən başqa nə üçündür? Quran ayələri də eyni istiqamətdə hərəkət edir.

Əziz dostlar, bu gün Quran ayələrini oxumaq istəyəndə onu bu baxışla oxuyun və görün onun işarələri qəflət və diqqətsizlik pərdələrini necə aradan aparır!?

Bu nöqteyi-nəzərdən Quran maarifləndirici bir həqiqətdir və təbiət də bir danışan Qurandır. Quranın həqiqəti dünyanın həqiqəti və varlığın mənşəyi haqqında xatırlatma, agahlıq və mərifət yaratmaqdır. Təbiətin baharı da eyni işi görür. Qurandan daha çox bəhrələnməyi ümid edirik.

captcha