"İQNA", "Əl-Qahirə 24"-ə istinadən xəbər verir ki, misirli tələbə qız Yəməni Əbdür-Rəhman yeddi saatlıq ərzində Quranı bütünlüklə oxumağı bacarıb.
İngilis dili fakültəsinin dördüncü kurs tələbəsi və Əl-Dəqhəliyyə vilayətinin sakini olan bu gənc Quran hafizi əzbər oxuduğu bu qiraətlə Əl-Əzhər Universitetinin ustadlarından olan Şeyx Həsən Osman Əl-Şəfaidən Quranı əzbərləmək icazəsi alıb.
O, bu gənc misirli xanımın bacarıqlarını tərifləyərək, onun Quranı əzbərləmək istedadının yüksək olduğunu bildirib. Həmçinin onun başqaları üçün nümunə olduğunu deyib.
Əl-Əzhər Universitetinin bu ustadı əlavə etdi: Gənclərin Quranı əzbərləməsi dinin, İslam xalqının və ölkəmizin fəxridir.
O, həmçinin gənc hafizlərə əzbərlədiklərini tərar etməyi və davamlı səy göstərmələrini tövsiyə etdi. Bu ikisini Quranı tam əzbərləmək üçün müvəffəqiyyətin sirri adlandırdı.
4103243