Malayziyadan olan Quran müəllimi İzzul-Həkim Putracayada keçirilən “Restu Dünya Quran Sənəti Festivalı”nın İran bölməsini ziyarət edərkən "İQNA"-nın müxbiri ilə müsahibədə deyib: “Adətən, Quran oxumağı öyrənmək insanlar üçün çox darıxdırıcıdır. Bu səbəbdən zehni texnika və barmaqlardan istifadə edərək bu təlimi daha maraqlı etmək üçün yeni bir fikir icad etdim".
O, bu üsulla əlin barmaqlarında və əzələlərindəki hərflərin məxrəclərini (ağızla tələffüz zamanı hərflərin tələffüz olunduğu yer) əvəzlədiyimizi bildirərək dedi: "Bu, yadda saxlamağı asanlaşdırır və unutmağı çətinləşdirir".
Bu Quran müəllimi əlavə etdi: "Bu üsul insanları Quran təcvidini öyrənməyə sövq edir. Bu effektiv üsuldur. Çünki öyrənənlərin təxminən 70%-i hərflərin məxrəcini asanlıqla xatırlaya bilir".
İzzul-Həkim qeyd edib ki, 7 yaşdan 70 yaşa qədər insanlar gəlib bu festivalda da şahidi olduğunuz kimi bu üsulu öyrənirlər.
İnsanların bu üsulu tam şəkildə öyrənməsinin adətən bir gün yarım çəkdiyini bildirərək əlavə edib: "Bu üsuldan istifadə edərək bu qaydaları öyrənmək üçün lazım olan maksimum müddət üç gündür".
Təcvid elmində "məxaric" ağızla tələffüz zamanı hərflərin tələffüz olunduğu yerə deyilir. Quranın düzgün oxunması üçün onunla tanışlıq lazımdır. Beş əsas məxrəc yeri vardır: ağızda və boğazda boşluq, boğaz, dil (dilin ucu), dodaqlar (iki dodaq) və burun keçidi.
4118396