IQNA

Sidneydə yeni məscidin açılışı olub

11:35 - January 31, 2023
Xəbər sayı: 3493637
"Rəhmə" Beynəlxalq Xeyriyyə Təşkilatı və Küveyt Əvqaf Katibliyi Britaniya kralının nümayəndəsi və Yeni Cənubi Uels qubernatoru Marqaret Beazlinin iştirakı ilə Sidneydə Avstraliyanın ən böyük məscidlərindən birinin açılışını edib.

"İQNA", "Kuwait Times"-a istinadən xəbər verir ki, bu məscidin açılış mərasimində "Rəhmə" Beynəlxalq Təşkilatının Avropa şöbəsinin rəhbəri və onun nümayəndəsi Xalid Əl-Mövla dedi: "Bu məscid Sidney şəhərinin memarlıq şah əsərlərindən biridir. Ümumiyyətlə, bu məscid müsəlman övladlarının şəxsiyyətinin qorunub saxlanmasına diqqət yetirən təhsil mərkəzidir. Orada onların tərbiyəsi üçün namazın öyrədilməsi, Qurani-Kərimin əzbərlənməsi proqramları mövcuddur".

O əlavə etdi: "Bu İslam mərkəzi İslam elmi və mədəni kurslarının açılması ilə yeni müsəlmanların qəbul edilməsində yardımçı rol oynayır".

Əl-Mövla məscid haqqında dedi: "Məsciddə çoxlu imkanlar var və orada 500 nəfər ibadət edə bilər. Bu bina müasir üslubda, ən müasir memarlıq alətləri ilə tikilmişdir".

O bildirib ki, bu layihə Küveytin dünyanın müxtəlif yerlərində böyük islami binalar tikmək istəyini göstərir.

Mərasimdə Avstraliyanın bəzi nazirləri və digər şəhər rəsmiləri də iştirak ediblər.

Hazırda Avstraliyada 800 minə yaxın müsəlman yaşayır. Avstraliyanın Sidney şəhərində 4000-ə yaxın müsəlman yaşayır. Avstraliyanın Yeni Cənubi Uels əyalətində 24-ə yaxın məscid tikilib. Onların çoxu Sidneydədir.

4118265

captcha