IQNA

Əlcəzairdə Quranın Brayl əlifbası ilə çapının inkişafı

21:03 - January 31, 2023
Xəbər sayı: 3493641
Əlcəzairli nazirlər səviyyəsində keçirilən görüşdə Quranın Brayl əlifbası ilə çapı layihəsinin son mərhələləri nəzərdən keçirilib. Bu layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün tədbirlər görülüb.

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Təhsil Naziri Əbdül-Həkim Bələbed, Dini İşlər Naziri Yusif Belməhdi və Texniki və Peşə Təhsili Naziri Yasin Murabinin iştirakı ilə iclas keçirilib. Bu nazirlər Qurani-Kərimin Brayl əlifbası ilə çapının son mərhələləri ilə tanış olublar.

Əlcəzair Təhsil Nazirliyinin yaydığı bəyanatda deyilir: "Bu görüş Qurani-Kərimin brayl texnologiyasından istifadə etməklə çapının gedişatını izləməyə həsr olunub. Bu plan Əbdül-Məcid Tebun tərəfindən 2022-ci il aprelin 10-da Nazirlər Kabinetinin iclasında təklif edildi. Bu müddət ərzində Tebun, hökumətə korlar üçün milli səviyyədə, ərəb dünyasında, Afrikada  və hətta beynəlxalq səviyyədə Brayl əlifbası çapını tez bir zamanda təkmilləşdirməyi əmr etdi. Beynəlxalq miqyasda hərəkət etmək və bu xətt üzrə Qurani-Kərimin və Peyğəmbərin (s) hədislərinin çapına başlamaq və tamamlamağın lazım olduğunu bildirdi.

Bu bəyanatda Əlcəzairin Təhsil Nazirliyi bu işdə iştirak edən hər kəsin səylərini, xüsusən də Dini İşlər və Vəqflər Nazirliyinin hərəkətlərini təqdir edib.

Bu iclasda həmçinin, çap müddətinin müəyyən edilməsi və Milli Məktəb Nəşrləri İdarəsinin Quran-ı Kərimin Brayl texnologiyası ilə kifayət qədər tirajla çapı üçün imkanlarına nəzarət etmək üçün müvafiq texniki komitəyə lazımi göstərişlər verilib.

Dini İşlər və Vəqflər Naziri də öz növbəsində bu layihənin başa çatdırılması istiqamətində gördüyü böyük işlərə görə Təhsil Nazirliyinə təşəkkür edib.

Sonda qərara alınıb ki, Əlcəzair Təhsil Nazirliyinin baş müfəttişi texniki komitənin işinin gedişatını gündəlik izləyib, nəzarətdə saxlayıb və bu prosesin gedişatı barədə nazirə məlumat verəcək.

4118321

captcha