IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 16

İslam hökmdarının dövrün insanlarından gilayə və şikayətləri

11:40 - February 02, 2023
Xəbər sayı: 3493647
Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə”nin iyirmi beşinci xütbəsindən bəzi hissələr Həzrət Əlinin (ə) o dövrün camaatından şikayəti mövzusundan bəhs edir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) “kufəlilərdən şikayəti” mövzusunda danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.

Bugünkü müzakirəmiz Əmirəl-mömininin (ə) Nəhcül-bəlağənin iyirmi beşinci xütbəsinin məzmunu və onun Kufə əhalisindən şikayətləri haqqındadır. Kufə İraqda Həzrət Əlinin (ə) hökumətinin iqamətgahı olan bir şəhərdir. Onun siyasi həyatının reallığının bir hissəsi kufililərlə üz-üzə durmaq olub.

İmam Əli (ə) buyurur: “İlahi! Mən bu insanları daimi öyüd-nəsihətlərlə yordum, onlar da məni yorurdu. Onlar məndən, mən də onlardan bezmişəm. Ürəyim qırıldı, mənə onların yerinə daha yaxşı insanlar mərhəmət et, və mənim yerimə məndən daha pislərini onlara hakim et. İlahi! Duz suda həll olduğu kimi onların ürəklərini ərid. Allaha and olsun ki, sizin yerinizə Bən-Firas və Bəni-Qənəmdən min atlı olmasını istərdim”.

Əgər İslam cəmiyyətinin rəhbərləri həqiqətən də haqq yönümlü insanlardırsa, prinsip və qaydaları bilirlər və insanlar onlara itaət etməlidirlər. Bu mövzu İslam cəmiyyətində insanların və hökmdarların qarşılıqlı haqları məsələsinə və bu barədə İmam Əlinin (ə) ifadələrinə qayıdır ki, biz onlara işarə edəcəyik.

Həzrət Əmir (ə) “Nəhcül-bəlağə”nin 126-cı xütbəsində də eyni mövzunu davam etdirir və öz məzlumiyyəti haqqında buyurur: “Mən tikan batmış gözlərimi çarəsizlikdən yumdum. boğazıma ilişmiş sınıq sümüklə hadisələrin acı stəkanını içməli oldum. Qəzəbimi boğdum və hənzəl otundan daha acı dolu bir stəkanı içməyə dözdüm".

3967672

captcha