IQNA

Məscidül-Həramda Quran dərnəklərinin daimi proqramı başlayıb

18:43 - February 04, 2023
Xəbər sayı: 3493657
Məscidül-Haramda Quran dərnəklərinin daimi təhsil proqramının başlandığı bildirilib.

"İQNA", "Əs-Səbəq"-ə istinadən xəbər verir ki, Quran idarəsi şöbəsindən verilən məlumata görə, bu proqram əyani şəkildə və müxtəlif tədris kursları şəklində ən yüksək keyfiyyətlə keçiriləcək.

Bu proqramdan məqsəd məkanın müqəddəsliyinə və ilahi risalətin əzəmətinə uyğun olaraq mükəmməl təhsil xidmətləri göstərmək və gözəl əxlaqlı ilahi kitabı oxuyan və hifz edən nəsil hazırlamaqdır.

Sözügedən təhsil proqramı bütün yaş qrupları, o cümlədən kişilər və qadınlar üçün, həmçinin gecə-gündüz keçirilir. Məscidül-Həram və Məscidün-Nəbi rəhbərliyi bu proqramı Məscidül-Həramın müxtəlif yerlərində keçirmək üçün yer ayrıldığını açıqlayıb.

Quran dərnəklərinin daimi proqramında zəvvarlara "Həmd" və kiçik surələrin düzgün qiraət üsullarının öyrədilməsi nəzərdə tutulur.

 4119489

captcha