IQNA

Avstriyanın ən böyük məscidinə baxış

23:04 - February 05, 2023
Xəbər sayı: 3493661
Vyanada 32 metrlik minarəsi və 16 metr hündürlüyündə günbəzi olan Avstriyanın ən böyük məscidi və İslam mərkəzi tikilib.

"İQNA", xəbər verir ki, Vyana Məscidi və İslam Mərkəzi Avstriyanın ən böyük məscididir. Bu məscid 60-cı illərin sonlarına aiddir.

1969-cu ildə Vyanadakı islam icması məscid tikmək üçün Vyana bələdiyyəsindən 8300 kvadrat metrlik bir torpaq sahəsi aldı. Maliyyə problemlərinə görə tikintinin başlanması bir neçə dəfə təxirə salınıb.

Nəhayət, məscidin tikintisinin ilkin xərcləri islam ölkələrinin Avstriyadakı səfirləri tərəfindən ödənilib.

Riçard Loughner podratçı kimi seçildikdən sonra 1 iyul 1977-ci ildə tikinti işləri başladı. 20 noyabr 1979-cu ildə Vyana İslam Mərkəzi Avstriyanın o zamankı prezidenti Rudolf Kirchschläger tərəfindən açıldı.

Məscidin minarəsinin və Vyana İslam mərkəzinin hündürlüyü 32 metr, günbəzinin hündürlüyü 16 metr, diametri isə 20 metrdir.

Məscid Vyana İslam Mərkəzinin əsas mehvəridir və bu böyük binanın kitabxana və iclas zalı kimi digər hissələri də var.

4111610

captcha