IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 16

Quranın söz və məna sirlərini izah edən təfsir

21:37 - February 06, 2023
Xəbər sayı: 3493665
“Qəraibul-Quran və Rəğaibul-Furqan” təfsiri kəlmə və məna sirlərini ifadə etməkdə əhatəli olmaqla yanaşı, mətləbləri elə tərtib etmişdir ki, onları əldə etmək asanlaşsın.

“İQNA”nın verdiyi məlumatına görə, Nizamuddin Həsən ibn Məhəmməd Nişaburinin müəllifi olduğu “Qəraibul-Quran və Rəğaibul-Furqan” təfsiri Quranın söz və məna təlimlərinə uyğun olaraq yazılmış, tərbiyə yönümlü rasional təfsirdir. O, Quranın söz və məna, zahiri və batini sirləri arasında mənalı əlaqə qura bilmiş Qurani-Kərimin ən gözəl təfsirlərindən biri hesab oluna bilər.

Nişaburi kim idi?

Nizam Ərəc kimi tanınan Nizaməddin Həsən ibn Məhəmməd ibn Hüseyn Xorasani Nişaburi (728-ci qəməri ili və miladi 1328-ci ildən sonra vəfat edib) İslam dünyasının ən məşhur hafizlərindən biridir. Onun ailəsi və qəbiləsi Qumda yaşayırdı, lakin o, Nişaburda doğulub və orada böyüyüb. Onun savadı, nəzakəti, araşdırması, məharəti və dəqiqliyi sonrakı alimlər arasında məşhur olmuşdur. O, əqli elmlər üzrə mütəxəssis idi. Ərəb dili və qromatikasında bacarıqlı idi.

O, özündən çoxlu əsərlər yadigar qoyub ki, onlardan ən mühümü “Qəraibul-Quran və Rəğaibul-Furqan” kitabıdır. Onun digər əsərləri arasında Quranın təfsirində yazdığı “Əvqaful-Quran” və “Lubbut-təvil”i qeyd etmək olar.

Quran möcüzələrinin xüsusiyyətləri

Nişaburi bu təfsiri qısa şəkildə Fəxr Razinin təfsirindən iqtibas etmişdir. Zəməxşərinin "Kəşşaf" kitabı onun digər mühüm mənbələrindən biri olub. Nişaburi təkcə Fəxr Razi və Zəməxşərinin sözlərindən sitat gətirməklə kifayətlənməyib, öz fikirlərini və təfərrüatlı məqamları əlavə edib. Bu təfsirdə peyğəmbərin (s) rivayətlərinin, səhabə və tabeindən olan müfəssirlərin də xüsusi yeri vardır.

O, Fəxr Razi və Zəməxşərinin sözlərindən sitat gətirməklə kifayətlənməmişdir. Bunlara çoxlu mətləblər əlavə etmişdir. Onların fikirlərini rədd etdiyi zaman bu məsələyə işarə etmişdir. Onların sözlərində nöqsan olduğu zaman onları təkmilləşdirdi. Zəməxşəri ilə Razinin fikirləri arasındakı ixtilafda onlardan birinin fikrinin düzgünlüyünə dair öz fikrini bildirmişdi.

O, təfsirinin sonunda yazır: “Mənim təfsiri yazmaqdaki bir motivim budur ki, o, dünya və axirətdə həmnişinim olsun. Digər motivasiyam isə Quran möcüzələrinin cəhətlərini ifadə edən, pərakəndə şəkildə olan faydalı təfsir müzakirələrini toplamaq və və onun kəlmələrinin problemlərini həll edərək qeyd etmək idi. Əsasən, sözlər, ifadələr, ifadələrin mənaları və onların müxtəlif cəhətləri kimi ədəbi müzakirələr, onların Quranda işlədilməsi müəyyənləşdirildikdə və istifadə olunduqda faydalı olur. Ona görə də bu cür müzakirələri bəyan etmişəm”.

Nişaburi, Fəxr Razinin təfsirini seçməsinin səbəbi ilə bağlı yazır: “Orada faydalı məzmunlar və müzakirələrvar idi. Həmçinin lazımsız və faydası olmayan məzmunlar var idi. Oxucuların onlardan düzgün istifadə etmələrini çətinləşdirdiyi üçün onları çıxarmağı qərara aldım. Həmçinin qısa və ifadəli bir üsulla Quranın məzmununu ilə maraqlananlar üçün onun istifadəsini asanlaşdırmağa çalışdım.

Təfsirin üslubu

Nişaburinin özünün təfsir tərzi var. O, surələrin əvvəlində əvvəlcə surənin adı, Məkkə, Mədinə surəsi olduğunu, onunla bağlı ayə və kəlamların sayı, söz və hərflərin sayı kimi ümumi məlumat verir.

Bu təfsirin xüsusiyyətlərindən biri də əhatəli olması ilə yanaşı, mətləblərin kateqoriyalara bölünməsidir. Bu da onları əldə etməyi asanlaşdırır. O, mətləbləri bir neçə hissəyə bölür.

“Rövzatül-cənat” kitabının müəllifi bu təfsirinin əhəmiyyəti haqqında yazır: “Nişaburinin təfsiri Allah-Təalanın kəlamlarının söz və məna məqamları, zahiri və batini faydaları toplamış ən gözəl təfsirlərindəndir".

captcha