IQNA

İsrail qüvvələri 290-dan çox fələstinli uşağı həbs edib

11:32 - July 30, 2018
Xəbər sayı: 3483562
İsrail həbsxanalarında saxlanılan bütün məhkumların azad olunmasını tələb edən H. Aşravi işğalçı rejimin fələstinli məhbusların hüquqlarını tapdaladığını açıqlayıb.

İsrail qüvvələri 290-dan çox fələstinli uşağı həbs edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 291 fələstinli uşaq və yeniyetmə İsrail rejimi həbsxanalarında saxlanılır. Bunu  Fələstinin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Hanan Aşravi deyib. 

O deyib ki, hazırda sionist rejimin  həbsxanalarında 5900 fələstinli saxlanılır ki, onlardan 291-I azyaşlı uşaq və yeniyetmələrdir. 
İsrail həbsxanalarında saxlanılan bütün məhkumların azad olunmasını tələb edən  Hanan Aşravi işğalçı rejimin  fələstinli məhbusların hüquqlarını tapdaladığını, beynəlxaql icitimayyətin bu qanunsuzluğa göz yumduğunu açıqlayıb. /maide.az/
captcha