IQNA

Kəşmirdə orta məktəbə hücum etdilər

14:07 - October 12, 2021
Xəbər sayı: 3490953
Hindistanın işğalı altında olan Cammu və Kəşmir bölgəsində orta məktəbə hücum həyata keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Hindistanın işğalı altında olan Cammu və Kəşmir bölgəsində orta məktəbə hücum həyata keçirilib.  

Bu barədə yerli mənbələr məlumat yayıblar.  

Məlumatda vurğulanır ki, hücum zamanı orta məktəbin iki müəllimi həlak olub.  

Hücumu Hindistan polisinin həyata keçirdiyi və hadisənin görüntülərinin sosial şəbəkələrdə yayıldığı diqqətə çatdırılır.  

Qeyd olunur ki, görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox müsəlman ölkəsində etirazlara səbəb olub. 

Teqlər: keşmir ، hindistan ، müsəlman ، quran ، İslam
captcha