IQNA

Kəşmirin tarixi məscidində yenidən cümə namazı qılınacaq

10:41 - March 03, 2022
Xəbər sayı: 3491845
Kəşmirdəki tarixi Şrinqar məscidi Korona epidemiyası səbəbiylə təxminən 7 aylıq karantindən sonra cümə namazı üçün açılacaq.

"İQNA", "Deccan Herald"-a istinadən xəbər verir ki, Kəşmirin əsas ibadət yerlərindən biri olan 600 illik bu məsciddə 30 həftə Cümə namazı qılınmayıb.

Kəşmir polisinin baş müfəttişi Vijay Kumar, "Gələn cümə günü camaat namazı üçün Böyük Məscidi yenidən açmağı planlaşdırdıqlarını deyib.

Bu məscidin rəhbərliyi uzun müddətdir ki, məscidin bağlanmasından dəfələrlə narazılığını bildirib və onun yenidən açılmasını tələb etmişdi.

Bu məscidin rəhbər orqanının nümayəndəsi bəyan etmişdi ki, Kəşmirdə bütün ibadət yerləri, məscidlər, ziyarətgahlar, və monastırlar cümə namazı üçün açıqdır. Lakin yalnız Şrinaqar Böyük Məscidi hələ də bağlıdır. Bunu başa düşə bilmərik.

4039683

 

captcha