IQNA

Cənubi Afrika İsrailin müharibə cinayətlərini araşdırmağa çağırıb

16:54 - December 19, 2023
Xəbər sayı: 3495146
İQNA-Cənubi Afrika prezidenti Siril Ramafosa Beynəlxalq Cinayət Məhkəməsini İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərlə bağlı dərhal istintaq başlatmağa çağırıb.

Cənubi Afrika prezidenti Cyril Ramaphosa mətbuata verdiyi açıqlamada İsrailin hərbi cinayətləri ilə bağlı lazımi sənədləri BCM-yə təqdim etdiklərini və məhkəmədən istintaqla bağlı tədbir görməsini gözlədiklərini bildirib.

BCM-nin Fələstində törədilən müharibə cinayətlərindən məsul olanları ittiham etmə səlahiyyətinə malik olduğuna diqqət çəkən Ramaphosa, “Biz BCM-nin öz nizamnaməsinə, qaydalarına və qanunlarına uyğun hərəkət etməsini istəyirik” dedi.

Ramaphosa BCM-nin bu mövzuda hərəkətə keçəcəyinə əmin olduqlarını qeyd edərək, İsrailin Qəzzada mülki şəxslərə qarşı hücumlarını “beynəlxalq humanitar hüququn pozulması” kimi qiymətləndirib.

Cənubi Afrika İsrailin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün keçən ay BCM-yə müraciət edib.

Mənbə: Cümhuriyyət

captcha