IQNA

İranlı qari 17-ci "Məfaza" Quran müsabiqəsinin qalibi olub

6:33 - April 11, 2024
Xəbər sayı: 3495774
İQNA - İranlı qari Mustafa Himmət Qasimi 17-ci dəfə keçirilən "İnna lilmüttəqinə Məfaza" beynəlxalq Quran qiraəti müsabiqəsində birinci yerə layiq görülüb.

"İQNA", "Əl-Kövsər" kanalının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Fitr bayramı gecəsi keçirilən müsabiqənin final mərhələsinin sonunda iranlı qiraətçi Mustafa Himmət Qasimi 87,25 xalla 17-ci dəfə keçirilən "Məfaza" Quran müsabiqənin qalibi elan edilib.

Həmçinin Əfqanıstandan Mustafa Heydəri 86,5, İndoneziyadan Məhəmməd Rza Əl-Hac Əmən 86,25, Almaniyadan Əbdül Hüseyn Sweidan 84,5 və İraqdan Həsən Şakir Həmud Əl-Saidi 84 xalla 2-dən 5-ə qədər olan yerləri qazanıblar.

17-ci dəfə keçirilən "İnnə lilmüttəqinə məfaza" beynəlxalq Quran tilavəti müsabiqəsi mübarək Ramazan ayının ilk gecəsində başlayıb və Fitr bayramı gecəsinə qədər davam edib.

Bu yarışlar hər gecə "Əl-Kövsər" kanalı və onun internet saytında, eləcə də sosial şəbəkələrdəki "Əl-Kövsər" səhifəsində yayımlanırdı.

4209824

captcha