IQNA

Dr. Ruhani dövlət heyətinin iclasında:

Təəssüb silahının güllə darağı həmişə təhqir güllələri ilə dolu olub!

21:44 - January 21, 2015
Xəbər sayı: 2742215
Siyasi qrup: Höccətül-İslam vəl-müslimin Dr. Ruhani – İİR prezidenti, son günlərdə cəhalət, təəssüb, qeyri-obyektivlik və zorakılığın gizli yaralarının üzə çıxdığına işarə edərək dedi: Təəssüb və qeyri-obyektivlik silahının güllə darağı həmişə təhqir, nifrət və hörmətsizlik güllələri ilə dolu olub!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran prezident administrasiyasının rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə Höccətül-İslam vəl-müslimin Dr. Ruhani – İİR prezidenti, bu gün, həftənin üçüncü günü və yanvarın ayının 21-də, dövlət heyəti ilə keçirdiyi iclasda bu nöqtəni ki, əgər "azad"lıq adına nifrət hislərini oyatmaq və yaymaqla məşğul olarıqsa, iman adına heç bir zorakılığın da qarşını ala bilmərik, vurğulayaq bir daha əziz İslam Peyğəmbərinin (s) təhqir olunmasını, məscidlərə təvavüz edilməsini və qərb ölkələrində İslam dininin mənsublarına qarşı həyata keçirilən zorakılığı kəskin şəkildə pislədi və bütün dünya müsəlmanlarından istədi ki, icazə verməsinlər dünyada müsəlman adına günahsız insanların qanı tökülsün və əzəmətli peyğəmbərimizin (s) abrı aparılsın.



Prezident son günlərdə cəhalət, təəssüb, qeyri-obyektivlik və zorakılığın gizli yaralarının üzə çıxdığına işarə edərək dedi: Təəssüb və qeyri-obyektivlik silahının güllə darağı həmişə təhqir, nifrət və hörmətsizlik güllələri ilə dolu olub!



Dr. Ruhani dedi: Biz müsəlmanların vəzifəsi hamılıqla və dinc etiraz aksiyaları keçirməkdir. Və bununla hamıya göstərməliyik ki, müsəlmanlar nə öz dini kimliklərini unudur və nə də kimsəyə onların ülvi hislərindən pis niyyətlər üçün istifadə etməyə icazə verirlər!



O vurğuladı: Bu günün svilzasiya və mədəniyyəti bütün səmavi dinlərə, yəni yəhudlik, məsihilik və İslama borcludur. Buna görə də əgər bir dini azlıqla – (məsələn yəhudilər. – red) - müxalifət etmək böyük günah və cinayət sayılır və digər dini azlıq isə təhqir olunursa, ikincidən dözüm gözləmək absurrdur.



Dr. Ruhani sonda dedi: Bütün dünya müsəlmanları əziz İslam peyğəmbərini (s) iman və əqidəyə hörmət etməyənn "söz azadlığı müdafiəçiləri"nin dərk edə biləcəyinin fövqündə müqəddəs sayırlar. Amma onu Allahın oğlu deyil, bəlkə Allah yanında ən sevimli bir şəxs kimi tanıyırıq. Onu Allahın bütün aləmlərə bəxş etdiyi rəhmət, İlahi lütfün cilvəsi və ən yüksək əxlaqi dəyərlərin tamamlayıcısı və yaradılışım xülasəsi bilirik.  



2740034   

Teqlər: ruhani ، irr ، prezident ، peyğəmbər ، təhqir ، şarli ، hebdo
captcha