IQNA

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib

10:15 - May 13, 2017
Xəbər sayı: 3481649
Bakı Olimpiya Stadionunda 2 saat davam edən mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm edildi.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri-ə istinadla xəbər verir ki, Stadionda Azərbaycanın Dövlət himni səslənib.Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilir və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılıb. Stadionu "Şanlı Vətən” nidaları bürüyüb.Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.

Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır. İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.

captcha