IQNA

Kanadada müsəlman xanımlara yeni yardım mərkəzi təsis ediləcək

11:04 - June 05, 2017
Xəbər sayı: 3481724
Kanadanın Ontaryo əyalətinin cənub- qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Ontaryo əyalətinin cənub- qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.

İNA (Beynəlxalq İslam Xəbər Agentliyi) xəbər və informasiya portalının yaydığı bu xəbərdə deyilir ki, yeni təsis ediləcək mərkəz cari ilin Avqust ayında öz işinə başlayacaqdır.

Bu mərkəz müsəlman xanımların dini və ictimai zəmində xüsusi ehtiyaclarını təmin etmək və onların istəklərinə cavab vermək məqsədi ilə yaradılacaqdır.

Məhviş Əyyub – müsəlman xanımlara yeni dəstək və kömək mərkəzi yaradılması layihəsinin rəhbəri, bu barədə deyib: Bu mərkəz yaradılır ki, cəmiyyətdə təhqir və tənqidə məruz qalan müsəlman xanımların öz şikayətlərini demək və dəstək almaq üçün sığınacaq yerləri olsun. Halbuki, hər bir cəmiyyətdə mədəniyyət həssaslığı, irqi, dini və mənədi fərqliliyə hörmətlə yanaşılmalıdır.

O əlavə edib: Yeni yaradılacaq mərkəzin ictimai xidmət işçiləri Ərəbcə söhbət edəcəklər və dəstək və yardıma ehtiyacı olan müsəlman xanımları mərkəzə yönəldəcəklər.

Müsəlman xanımlara yeni yardım mərkəzi "Nisa Homes" müəssisəsinin nəzarəti ilə təsis ediləcək və fəaliyyət göstərəcəkdir. Bu müəssisə indiyədək bu məqsədlə digər regionlarda da iki mərkəz təsis etmişdir.

http://iqna.ir/fa/news/3606521


captcha