IQNA

Ruhani İran prezidenti kimi and içdi

20:03 - August 05, 2017
Xəbər sayı: 3481938
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ikinci dəfə and içib ki, İslam, İslam Respublikası Quruluşu və Əsas Qanunu qoruyacaq.


Ruhani İran prezidenti kimi and içdi

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istindla xəbər verir ki, Həsən Ruhani 2017-ci il mayın 19-da keçirilənİran İslam Respublikasının 12-ci prezident seçkilərində 23 milyondan çox səs toplayaraq, seçkilərdə qalib gəldi.

Həsən Ruhani bu gün axşamİranİslamŞurası Məclisində keçiriləninauqurasiya mərasimindəQurani-Kərimin qarşısındavə İranın məhkəmə hakimiyyətinin sədriAyətullah Sadiq Amoli Laricani,İranİslamŞurası Məclisinin üzvləri, Negəhban Şurasının üzvləri, daxili və xarici qonaqlarınhüzurunda and içib.

Ruhani and içibdir ki, rəsmi din,İslam Respublikası Quruluşu vəƏsas Qanunun qoruyucusu olacaq və özünün bütün istedad və səlahiyyətlərindən üzərinə götürdüyü məsuliyyətin yerinə yetirilməsi yolunda istifadə edəcək, həmçinin özünü xalqa xidmətə, ölkənin tərəqqisinə, din və əxlaqın yayılmasına, həqqin himayəsi və ədalətin genişlənməsinə vəqf edəcək, hər cür avtoritarizmdən çəkinəcək, Əsas Qanunun xalq üçün tanıdığı hüquqlar və şəxslərə hörmətvə azadlığa dəstək verəcək.

İran İslam Respublikasının prezidenti and içdikdən sonra onun mətniniİranın məhkəmə hakimiyyətinin sədri və Negəhban Şuranın üzvləri qarşısında imzalayıb.Andiçmə mətniNegəhban Şurasının sədri Ayətullah Əhməd Cənnətiyə təhvil veriləcək.

İranın İslami Şura Məclisində keçirilən İran İslam Respublikasının prezidentiHəsən Ruhaninin inauqurasiya mərasimində ölkə və ordu rəsmiləri və şəxsiyyətləri, eləcə də dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-dən yuxarı yüksək səviyyəli xarici və beynəlxalq nümayəndə heyəti iştirak edib.

captcha