IQNA

Sinqapurda ilk dəfə hicablı müsəlman xanım prezident seçildi

15:37 - September 13, 2017
Xəbər sayı: 3482155
Sinqapurun tarixində ilk dəfə olaraq "malay" əsilli olan müsəlman hicablı xanım Həlimə Yəqub bu ölkənin prezidenti seçildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sinqapurun tarixində ilk dəfə olaraq "malay" əsilli olan müsəlman hicablı xanım Həlimə Yəqub bu ölkənin prezidenti seçildi.

Həlimə Yəqub hakim patiyanın təkcə namizədi idi və bu gün, həftənin çərşənbə günü, 13 sentyabr 2017-ci il, rəsmi olaraq prezidentlik fəaliyyətinə başladı.

Bu müsəlman xanım on ildən çox Sinqapurun parlament nümayəndəsi və bir neçə il də parlament rəisi işləyibdir.

Sinqapur Malaziyanın cənubunda yerləşir və 1965-ci ildə Malaziyadan ayrılaraq müstəqil olub. Sinqapurun 5.5 milyon əhalisi vardır.

http://www.iqna.ir/fa/news/3641483/


captcha