IQNA

Fransalı müsəlman xanım ƏRBƏİN zəvvarları yolunda dəfn edildi – VİDEO

1:01 - March 05, 2018
Xəbər sayı: 3482858
Fransalı İslam araşdırmaçısı xanım Mari Piyer Valkmanın ƏRBƏİN zəvvarlarının hərəkəti istiqamətindəki yolda dəfn edilməsinin sənədli video kilipi sosial şəbəkələrdə yayıldı.

Fransalı müsəlman xanım ƏRBƏİN zəvvarları yolunda dəfn edildi – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Fotros media”nın (İslami sənədli filmlər mərkəzi) teleqram kanalına istinadla verdiyi xəbərə görə, Fransalı İslam araşdırmaçısı xanım Mari Piyer Valkmanın İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının hərəkəti istiqamətindəki yolda dəfn edilməsinin sənədli video kilipi sosial şəbəkələrdə yayıldı.

“Fotros media”nın (İslami sənədli filmlər mərkəzi) teleqram kanalının verdiyi xəbərə görə, bu fransalı müsəlman xanım xristian dininin katolik məzhəbində dünyaya göz açmışdır. Sonralar İslam dinini və şiə məzhəbini qəbul edib. Bundan sonra isə adını dəyişərək özünü “Məryəm Əbuz-Zəhəb” adlandırıb.

Fransalı İslam araşdırmaçısı xanım Mari Piyer Valkman Paris universitetinin məzunu idi. Neçə il Parisin Şəqr dilləri və mədəniyyəti müəssisəsində (İNALCO) müəllim və araşdırmaçı kimi işləmişdir.

Mari Piyer Valkman Pakistan və Əfqanıstan şiələrinin məzlumiyyətinin dünyaya çatdırılmasında böyük rol ifadə edib və həmçinin yaxın şərqə səfərləri zamanı İmamların müqəddəs məzarlarını ziyarət etmişdir.

Fransalı İslam araşdırmaçısı xanım Mari Piyer Valkman 2017-ci ildə Parisdə dünyasını dəyişdi və vəsiyyət etdi ki, onu Nəcəf- Kərbəla istiqamətində ƏRBƏİN zəvvarlarının piyada getdikləri yolda dəfn etsinlər.

Onun cəsədi Nəcəf- Kərbəla yolunda 172-ci sütunun yanında dəfn edildi.

Bu barədə sənədli filmi qarşıdakı linkdən ENDİRƏDİNLƏYƏ bilməzsiz.   

http://iqna.ir/fa/news/3696253

کلیپ تدفین بانوی فرانسوی در مسیر زائران اربعین

کلیپ تدفین بانوی فرانسوی در مسیر زائران اربعین

captcha