İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vəhdət həftəsi münasibəti ilə Pakistanın Kəraçi şəhərində şiə və sünnilərin birgə Quran yarışları keçiriləcək.
Qurani-Kərimin qiraəti və hifzi üzrə keçiriləcək bu yarışları İran İslam Respublikasının Pakistandakı Mədəniyyət Əlaqələri İdarəsi bu ölkənin şiə və sünni Quran mərkəzlərinin həmkarlığı ilə təşkil edib.
İran İslam Respublikasının Kəraçidəki Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Bəhram Kiyan, Kəraçinin Quran mərkəzlərinin məsulları Xavər Rza, Əli Cövhər, Kəraçi universitetinin İslami Elmlər fakültəsinin sabiq rəisi Zahid Əli Zahiri, Pakistanın Əhli-Sünnə Qarilər Cəmiyyətinin məsulları İnayətullah Siyaluyi və Zeynülabidin və digərləri görüşərək Vəhdət həftəsində Quran yarışlarının keçirilməsi üçün həmkarlığa hazır olduqlarını elan ediblər.