IQNA

Sionist rejimin hərbiçiləri Qərb Sahilində etirazçılara hücum ediblər - Foto

23:42 - February 07, 2021
Xəbər sayı: 3489221
Tehran (IQNA) - İşğalçı sionist rejimi İsrailin hərbiçiləri gözyaşardıcı qazlar və plastik güllələrlə İsrail rejiminin qəsəbə salma siyasəti əleyhinə etiraz edən fələstinlilərə hücum ediblər.

Tehran (IQNA) - İşğalçı sionist rejimi İsrailin hərbiçiləri gözyaşardıcı və plastik güllələrlə rejimin qəsəbə salma siyasəti əleyhinə etiraz yürüşü keçiriən fələstinlilərə hücum ediblər.

Hadisə İordaniya çayının Qərb Sahilinin şimalında yerləşən Nablos şəhərinin şərqində "Beyt Dacan (Yafa)" kəndində baş verib.

Hücum nəticəsində etiraz yürüşündə iştirak edən fələstinli vətəndaşlardan bir çoxu qazdan zəhərlənib və boğulma halına düçar olublar.

Qeyd edək ki, fələstinli vətəndaşlar bir neçə aydır ki, sionist qəsəbə sakinlərinin fələstinli kəndçilərin əksin sahələrini mənimsəmələrinin əleyhinə etiraz aksiyaları keçirirlər. /iqna

 

 

captcha