IQNA

Müsəlman xanım dünyanın 25 ən nüfuzlu qadınından biri seçildi

17:09 - August 10, 2021
Xəbər sayı: 3490488
“Müsəlman qadınların istismar edilməsi ilə bağlı çoxlu stereotiplər mövcuddur. Mən cəmiyyəti bu cür yanlış fikirlərdən azad etmək üçün işləyirəm”, – deyə xanım Zara bildirib.

Cari ilin yanvar ayında 20 yaşlı müsəlman xanım Zara Məhəmməd Böyük Britaniya Müsəlman Şurasının Baş katibi vəzifəsinə seçilən ilk qadın və eyni zamanda da, bu postu tutan ən gənc insan oldu.

Lakin, belə görünür ki, bu, onun karyera pilləkəninin hələ ilk pillələridir.

Avqust ayında isə onun adı 2021-ci ilin 25 ən nüfuzlu qadını siyahısına daxil olub.

“Müsəlman qadınların istismar edilməsi ilə bağlı çoxlu stereotiplər mövcuddur. Mən cəmiyyəti bu cür yanlış fikirlərdən azad etmək üçün işləyirəm”, – deyə xanım Zara bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Müsəlman Şurası ölkədəki ən böyük və nüfuzlu müsəlman təşkilatıdır. O, özündə 500 məscidi, həmçinin onlarla bağlı təhsil mərkəzləri və xeyriyyə fondlarını birləşdirir.

Zara Məhəmməd Şotlandiyanın Qlazqo şəhərində anadan olub. O, Strezklayd Universitetinin hüquq fakültəsinin insan haqları bölməsini bitirib. 2016-cı ildə Tələbə İslami Cəmiyyətləri Federasiyasına başçılıq edib. /Şəfəqna

captcha