IQNA

Məscidül-həramda dezinfeksiya robotunun işə salınması

16:07 - October 31, 2021
Xəbər sayı: 3491097
Məscidül-Həram və Məscid ən-Nəbinin baş direktoru, Məscidül-Həramdakı ağıllı dezinfeksiya robotunun açılışını edib.

robotİQNA, "Əl-Misri Əl-yəvm"-ə istinadən xəbər verir ki, Məscidül-Həramın ağıllı dezinfeksiya robotu 68 litr su tutumuna malikdir. Bu ağıllı robot 4 saat işləyir. Hər saatda Məscidül-həramın 2000 kvadratmetrdən çox ərazisini dezinfeksiya edir.

Bu robot insan müdaxiləsi olmadan Məscidül-həramın səthini yaxşıca yuyur. Bunun üçün müxtəlif kameralar və sensorlardan istifadə edir. O, həmçinin insanlarla və ya yerdəki maneələrlə toqquşmamaq üçün kiçik və böyük obyektləri aşkar etmək qabiliyyətinə malikdir.

Bu ağıllı robotun çəkisi 300 kq-dır. Onuun 68,14 litr təmiz su tutumu olan çəni var. O, saatda təxminən 2045 kvadratmetr ərazini dezinfeksiya edir. Bu robotun sürəti saatda 5 kilometrə çata bilir.

Bu robot, qoşulduğu telefon nömrəsinə SMS və şəkillər göndərmək imkanına malikdir. O, yavaş və əlavə səs-küy olmadan işləyir.

4009371

captcha