IQNA

Şarcə İslam Bankında əcnəbilərin səhmlərinin artırılmasına razılıq verilib

8:52 - March 02, 2022
Xəbər sayı: 3491837
Şarcə İslam Bankının (SIB) səhmdarları bankın səhmlərinin xarici sahiblik faizini 40%-ə çatdırmaq barədə razılığa gəliblər.

"İQNA", "Gulf News"-ə istinadən xəbər verir ki, bankın illik ümumi yığıncağında qərara alınıb ki, ötən il 514,1 milyon dirhəm (139 milyon dollar) xalis mənfəət əldə edildikdən sonra nağd dividendlərin 8%-i səhmdarlar arasında bölüşdürülsün ki, bu da 2020-ci illə müqayisədə 26,7% artımın olduğunu göstərir.

Bankın bütün aktivləri 2,5 faiz artaraq 55 milyard dirhəmə (14,9 milyard dollar) çatıb. Müştərilərə verilən kreditlərin ümumi həcmi 29 milyard dirhəm (7,8 milyard dollar) səviyyəsində sabitləşib.

Əvvəllər Şarcə Milli Bankı kimi tanınan Şarcə İslam Bankı, baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərində yerləşən İslam bankıdır. Bu bank 1976-cı ildə yaradılıb və 2004-cü ildə İslam qanunlarına tam uyğun bir banka çevrilib.

4039623

Teqlər: Şarcə ، İslam ، bank ، səhmdarlar ، əcnəbi
captcha