IQNA

Quba Məscidinin ən böyük böyütmə layihəsi başlayıb

19:37 - April 09, 2022
Xəbər sayı: 3492033
Səudiyyə Ərəbistanının vəliəhdi Quba məscidində olub və məscidin böyüdülməsi və ərazisinin 10 dəfə genişləndirilməsi planının başladığını açıqlayıb.

"İQNA", "Əşşərqul-Əvsət"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İqtisadi və İnkişaf Şurasının sədri, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman Quba məscidinin böyüdülməsi və ərazisinin genişləndirilməsi planının başladığını açıqlayıb.

Məscidin ümumi sahəsini indiki 5000 kvadratmetrdən 50.000 kvadratmetrə çatdıracaqlar. Elə ki, orada 66 min nəfər ibadət edə biləcək.

Bu layihə hicrətin birinci ilində tikildiyi gündən bəri Quba məscidinin tarixində ən böyük inkişaf layihəsidir.

Quba məscidi İslam dünyasında tikilmiş ilk məsciddir. Bu məscid Mədinə şəhərindən kənarda yerləşir. Bu məscidin ilk tikinti daşları Məhəmməd Peyğəmbərin (s) vasitəsilə Məkkədən Mədinəyə hicrət etdikdən sonra qoyulmuşdur. Quba Mədinəyə yaxın bir kəndin adı idi.

4047735

captcha