İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bildirib ki, bu ilin yanvar-mart aylarında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Uğur, Hüseyn, Əli, Yusif və Məhəmməd adları çoxluq təşkil edir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatında qız uşaqlarına hansı adların daha çox verilməsi barədə isə deyilir: “Qadın cinsindən olanlara Zəhra, Zeynəb, Aylin, Məryəm və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.