IQNA

Bu gün Xanım Məsumənin (ə) mövlud günüdür

19:52 - June 01, 2022
Xəbər sayı: 3492330
Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, bu gün Həzrəti Məsumənin (ə) doğum günüdür. O, müsəlmanların yeddinci imamı İmam Musa Kazımın (ə) qızıdır.

Həzrət Xanım Məsumə (ə) hicri 173-cü il (miladi 795-ci il), Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb.

Günahsız və məsum olduğu üçün ona Məsumə ləqəbi verilib. Əsl adı isə Fatimədir.

Xanım Məsumə səkkizinci imam Həzrət İmam Rzanın (ə) bacısıdır. Atası İmam Museyi-Kazım şəhid edildikdən sonra o, uşaq yaşlarından qardaşı İmam Rzanın (ə) himayəsində olub.

Həzrəti Məsumənin məzarı və ziyarətgahı İranın Qum şəhərində yerləşir.

captcha