IQNA

Vəhdəti qorumaq dini bir vəzifədir

11:09 - October 12, 2022
Xəbər sayı: 3493064
Livan İslahat və Birlik Hərəkatının rəhbəri deyib: "Dünyanın hər yerində bütün müsəlmanların vəzifəsi birliyə nail olmaq və ixtilafları bir kənara qoymağa çalışmaqdır. Ona görə də belə qənaətə gəlirik ki, bu vəziyyətdə birliyi qorumaq, ixtilaflardan əl çəkmək sünnə və xeyirxah əməl deyil, dini bir vəzifədir".

"İQNA", xəbər verir ki, Livandan olan İslahat və Birlik hərəkatının rəhbəri Şeyx Mahir Əbdür-Rəzzaq 36-cı beynəlxalq İslam birliyi konfransının səkkizinci vebinarında deyib: "Bu gün İslam ümməti böyük çətinliklərlə üz-üzədir. Bu çətinliklər İslam ümmətinin ən böyük düşmənlərinin əli ilə yaradılıb".

O əlavə edib ki, bu gün İslam ümməti hegemon qlobal hökumətlərdən ibarət böyük beynəlxalq koalisiya ilə üz-üzədir. Onlar bütün dünyada zəiflər və müsəlmanlar üzərində hegemonluqlarını genişləndirmək üçün zülmdən istifadə edən hökumətlərdir.

Şeyx Əbdür-Rəzzaq bildirib: "Dünyanın hər yerində bütün müsəlmanların vəzifəsi birliyə nail olmaq və ixtilafları bir kənara qoymağa çalışmaqdır. Ona görə də belə qənaətə gəlirik ki, bu vəziyyətdə birliyi qorumaq, ixtilaflardan əl çəkmək sünnə və xeyirxah əməl deyil, dini bir vəzifədir".

O, açıqlayıb ki, İslam ümməti tək bir bədən kimidir. O, parçalanma və münaqişə adlı problemə sahib olmamalıdır. Mən müsəlmanlardan İslam ümməti səviyyəsində müzakirələrdə iştirak etmələrini xahiş edirəm. Bununla da birliklərini möhkəmləndirəcək və düşmən üzərində qələbəyə zəmin hazırlayacaqlar.

Şeyx Əbdür-Rəzzaq bəyan etdi: “Təəssüflə demək olar ki, düşmən bəzi İslam ölkələrini özü ilə birlikdə xəyanət düşərgəsinə apara bildi. Ona görə də belə bir şəraitdə müsəlmanların düşmənlərin hegemonluğuna qarşı İslam ümmətinin sıralarını gücləndirmək üçün səylərini əsirgəməmələri vacibdir".

O, daha sonra İran İslam Cümhuriyyətinin İslami Vəhdət Konfransının keçirilməsində öncül, mühüm və təsirli roluna işarə edərək dedi: "Biz İran İslam Cümhuriyyətinə minnətdarıq. Bu konfranslar İslam dünyası üçün xeyirli olacaq. İslam Cümhuriyyəti bu gün müsəlman birliyinin səsidir. O, müsəlmanların müqəddəs yerlərinin azad edilməsinin zərurəti üçün hayqırır".

4091211

captcha