IQNA

Qəzzada 143 Quran hafizinin təqdir olunma mərasimi keçirilib

10:23 - October 29, 2022
Xəbər sayı: 3493160
Qəzza zolağından olan 143 Quran hafizinin təqdir olunma mərasimi bu bölgənin 44 şəhidinin anım mərasimi ilə eyni vaxtda keçirilib. Cümə axşamı Qəzza zolağının şimalında keçirilən möhtəşəm mərasim zamanı Qurani-Kərimin 143 hafizinin təqdir olunma mərasimi keçirilib.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, bu mərasim Qəzza zolağında Şəhid Əl-Bətəş ailəsindən olan 44 şəhidin xatirəsinin anılması münasibətilə keçirilib. 2014-cü ildə sionist rejimin təcavüzü zamanı onlar bu ərazidə mühasirəyə alınıb və sonra şəhid olublar.

Bu mərasimdə əl-Bətəş ailəsinin eyni qolundan olan Quran hafizlərinə maliyyə mükafatları verilib. Onlardan biri Əfnan Əl-Bətəş püşkatma yolu ilə Ümrə ziyarəti mükafatını alıb.

Bu mərasimdə Qəzzanın Darül-Quran rəhbəri və bir sıra fələstinli qrup və şəxsiyyətlərin nümayəndələri iştirak ediblər.

4095085

captcha