IQNA

Qambiyada ilk dinlərarası konfrans keçirilib

17:44 - December 07, 2022
Xəbər sayı: 3493381
Qambiya sülhü müzakirə etmək üçün 54 müxtəlif Afrika ölkəsindən gələn qonaqlarla dini liderlər, hökumət rəsmiləri və siyasi şəxsiyyətlərlə Afrikada ilk dinlərarası konfrans keçirdi.

"İQNA", "The Point"-ə istinadən xəbər verir ki, Ümumdünya Müsəlman Birliyi tərəfindən “Afrika Alimləri və Dini İşlər Nazirləri” adı altında təşkil edilən bu konfrans, 6 dekabr, Bijilo şəhərində keçirildi.

Qambiya Prezidenti Adama Barrou açılış çıxışında vurğuladı ki, dünyanın üzləşdiyi mürəkkəbliklər dinə əhəmiyyətli təsir göstərir və müsəlman alimlərinin vəzifələrini mürəkkəb və çətin edir.

O, aydınlaşdırdı: "Müsəlmanlar hələ də müxtəlif məzhəblərə bölünür və hətta bir-biri ilə düşmən kimi vuruşurlar. Bütün qorxu və çətinliklərə baxmayaraq, bu tendensiyanın geri qaytarılması üçün çoxlu imkanlar var".

Qambiya prezidenti deyib: "Müsəlmanların, xüsusilə də gənclərin və şəxsiyyətlərin öz imkanlarını gücləndirmək, dünyagörüşü və dəyərlərini tarazlaşdırmaq və qeyri-islami həyat tərzinin mənimsənilməsinə müqavimət göstərmək üçün bir çox variantları var".

4105267

captcha