"İQNA", "Qüds Press" xəbər agentliyinə istinadən xəbər verir ki, “Darul-Quranil-Kərim vəs-Sünnə” xeyriyyə cəmiyyəti Qəzza zolağında 1360 nəfər üçün məzuniyyət mərasimi keçirib.
Bu insanlar Qurani-Kərimi 2022-ci ildə əzbərləməyi bacarıblar. Onların bəziləri uşaq və ya yaşlı olub.
Bu dərnəyin baş direktoru Bilal İmad Qəzzə İslam Universitetində keçirilən mərasimdə deyib: "Bu gün biz ötən il ərzində bu nailiyyətlərin və səylərin nəticəsini görürük. Bu gün bəhrə və nəticə günü və Quran əhlinin şərəf günüdür".
Darul-Quran Dərnəyinin baş direktoru sözlərinə belə davam edib: "Biz müsəlman ümmətinə deyirik ki, Quran vasitəsilə biz işğal olunmuş torpaqların qələbəsi və azad edilməsi üçün nəsil hazırlayırıq".
4122459