IQNA

Hamburqda doqquzuncu Avropa Quran müsabiqəsi sona çatıb

23:52 - March 13, 2023
Xəbər sayı: 3493846
Martın 12-də Almaniyanın Hamburq İslam Mərkəzində 9-cu Avropa Quran və Azan yarışı başa çatıb.

"İQNA", Hamburqdan xəbər verir ki, bu müsabiqə Almaniyanın Darul-Quranının təşkilatçılığı ilə martın 10-da cümə günü başlayıb və martın 12-də qaliblərin mükafatlandırılması ilə başa çatıb.

Sözügedən müsabiqənin qaliblərinin adları hələ Almaniyanın Darul-Quranı tərəfindən dərc olunmayıb. Bu müsabiqə qadın və kişi olmaqla iki kateqoriya üzrə keçirilib.

Adıçəkilən yarış 16 yaşadək və 16 yaşdan yuxarı iki yaş qrupu üzrə keçirilib. Yeniyetmə və gənclər orada fəal şəkildə iştirak ediblər.

Bu tədbir Qurani-Kərimin mədəniyyət və təlimlərinin nəşri və təbliği, Quran üzrə istedadlı şəxslərin inkişafı üçün zəmin yaratmaq və Qurani-Kərimin mümkün qədər çox qari və hafizini vəhy kəlamları ilə tanış etmək məqsədi daşıyır. Həmçinin bu yarış Avropa Quran icmasında birlik yaratmaq, sayılıb-seçilən qari və hafizlərin təcrübələrinin bir-birinə ötürülməsi üçün keçirilib.

4127810

captcha