IQNA

QMİ sədri Səudiyyə Ərəbistanına gedir

20:03 - March 18, 2023
Xəbər sayı: 3493881
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvətilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) APA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində QMİ sədri A.Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaq.

Səfər müddətində Şeyxüliaslam A. Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.

captcha