IQNA

Quran surələri / 75

İnsanın barmaq izi Allahın qüdrətinin əlaməti

23:25 - May 07, 2023
Xəbər sayı: 3494136
İnsanın gözünün qabağında olan, lakin daha az düşündüyü ən qəribə şeylərdən biri də barmaq izidir. Alimlərin araşdırmalarına görə, heç bir insanın barmaq izi başqasınınki ilə eyni deyil. Bu məsələ Qurani-Kərimdə Allahın qüdrət nişanələrindən biri kimi bəyan edilmişdir.

Qurani-Kərimin yetmiş beşinci surəsi “Qiyamət” adlanır. 40 ayədən ibarət bu surə Qurani-Kərimin 29-cu cüzündə yer alıb. Məkkədə nazil olan bu surə İslam Peyğəmbərinə (s) nazil olan 31-ci surədir.

“Qiyamət” məad günü deməkdir; Hər kəsin qəbirlərindən oyanıb cənnət və ya cəhənnəmdəki əbədi həyatına gedəcəyi gündür. Bu surənin birinci ayəsində qiyamətə and içilmişdir. O günü insanlara xatırladır. Surənin adı da bu ayədən götürülüb.

“Qiyamət” surəsi qiyamət və məad gününün yəqinliklə olacağını və qiyamət gününün necəliyini bəyan edir. Axirət dünyasındakı insanları iki qrupa ayırır: üzləri təravətli və nurlu bir dəstə və üzləri qəmli və turşumuş olan bir dəstə. Daha sonra bu surə xatırladır ki, insan nağd olan dünyanı alır və axirətini unudur. Həmin gün həsrət çəkir; Həmçinin insanın özündən və davranışından xəbərdar olduğuna işarə edir; Baxmayaraq ki, bəhanələr gətirir və etdiyi səhvləri inkar edir. Sonda inkarçılara deyir ki, insanı mütləq yoxluqdan nütfə, sonra isə laxta qan şəklində yaradan Allah ölüləri diriltməyə qadir deyilmi?

Bu məsələ “Qiyamət” surəsinin üçüncü və dördüncü ayələrində qeyd olunur; Belə buyurulur: أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ بَلَى قَادِرِ‌ينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ "Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!".

Bu ayələr İslam Peyğəmbərinin (s) qonşularından biri Qiyamət günü haqqında soruşduqda və Allahın ölülərin sümüklərini necə toplayacağını və insanı [axirətdə] yenidən yaradacağını söylədikdə nazil oldular. Quran bu inkarın cavabında deyir ki, Allah təkcə sümükləri deyil, həqiqətdə, barmaqların başını da bərpa etməyə qadirdir. Bildirilib ki, bu ayələrdə barmaq izlərinə və hər bir insanın baş barmaqları ilə tanınmasına incə işarə var. Bu gün “barmaq izi” məsələsi tamamilə elmi xarakter alıb və alimlər sübut ediblər ki, barmaq izi başqasınınki ilə eyni olan az adam var. “Əl-Mizan”ın müəllifi də hesab edir ki, əgər bədən üzvləri arasında ancaq barmaqlar qeyd olunubsa, buna görədir ki, onun müxtəlif sifətlər baxımından qəribə yaradılmasına, çoxlu xüsusiyyətlərinə və faydalarına işarə etmək olar.

captcha