IQNA

Quran nədir? / 22

Quran böyüklərin tarixindən bir çıxarışı ifadə edir

11:43 - August 14, 2023
Xəbər sayı: 3494599
TEHRAN (IQNA) - İnsanların tarixə, bəşər tarixinə qarşı cəhaləti hər zaman qurban alıb və alır. 21-ci əsrdə yaşayan insanlar tarixin səhifələrini vərəqləmədiyi üçün keçmişdəkilərin taleyinə düçar olurlar. Bu dərslərin çıxarışları Quranda qeyd edilmişdir.

Böyük insanların tarixini, tərcümeyi-hallarını oxumaq, öyrənmək bəşəriyyət üçün həyatın bütün dövrlərində həmişə faydalı olub. Onlardan nümunə götürməklə insan öz adını tarixə onların adı qədər yaza bilər. Böyüklərin tərcümeyi-hallarının öyrənilməsinin insanlar üçün üstünlüyü ondan ibarətdir ki, insanlar beləliklə öz həyatlarını tarixin prizmasından düzgün təhlil edə bilirlər. Daha sadə dillə desək, hər bir insanın yaşadığı şərait və sosial mühit digər insanlardan fərqlidir. Əgər insan məşhur insanların yaşadığı mühiti onların inkişafında təsirli hesab edərsə, hər bir dövrün mədəniyyət məsələlərini düzgün dərk edər. Əgər o, (özü üçün) daha yaxşı şərait əldə edərsə, bu vəzifəni itirməz.

Hər çağda və hər dövrdə insanların həyatı bir-birinə bənzədiyindən və o qədər də fərqli olmadığından, böyüklərin həyatını oxumaq və nəticədə tarix oxumaq insanlar üçün çox faydalı ola bilər. Bu mənada tarixi oxuyan adam keçmişdəkilərin düşdüyü tələyə düşmür. Əmirəl-möminin Əli (ə) buyurur: “Ey Allahın bəndələri, gələcəkdəkilər üçün də dövr keçmişdə olduğu kimi olacaq”.

Qurani-Kərim bir çox hallarda bir çox peyğəmbərlərin həyat tərzini təsvir edir. Habelə bu böyüklərin içində olduqları ictimai mühiti təsvir edir; Məsələn, Həzrət İbrahimin (ə) həyat hekayəsini vəsf edir: O, o dövrün insanlarının müşrik olduğu bir mühitdə yaşayırdı və onları bu cahiliyyət dinindən döndərməkdə məsul idi. Onun barəsində Qurani-Kərimin nəql etdiyi başqa bir məqam da Allahın əmri ilə oğlunu və həyat yoldaşını səhrada qoyub, oğlunu Allah yolunda qurban vermək istəməsidir.

Tərcümeyi-halı Quranda nəql olunan digər peyğəmbər isə həzrət Musadır. O, uşaqlığını Fironun sarayında keçirir və yetkinlik yaşına çatanda ona bəni-israili Firondan xilas etmək tapşırılır. Bəni-İsrail qurtuluşundan sonra Musa peyğəmbər öz qövmü arasında çoxlu əziyyətlərə məruz qaldı. Elə ki, bəni-İsrail onun üçün çoxlu bəhanələr gətirdi, o dərəcədə ki, onlar behişt yeməklərini rədd etdilər və yer yeməkləri ilə kifayətləndilər və ya Musaya (ə) bəhanə gətirirdilər ki, Allahı gətir ki, biz onu görək.

Quranda başqa peyğəmbərlərin də adı çəkilir. Məsələn: Həzrət Adəm (ə), Həzrət Nuh (ə), Həzrət Hud (ə), həzrət Saleh (ə), həzrət İsmayıl (ə), həzrət Yusif (ə), həzrət İsa (ə) və...

Həmçinin Quranda peyğəmbərlərin həyatının bu cür müxtəlif formalarda təsviri bizi bir əsas məqama çatdırır ki, saleh və böyük insanı özünə örnək götürmək tərəqqi və inkişaf üçün zəruridir. Bu da bugünkü cəmiyyətin laqeyd qaldığı bir məsələdir.

captcha