IQNA

Meksikada Quranın "Tzotzil" dilində tərcüməsi

9:07 - September 10, 2023
Xəbər sayı: 3494719
MEXİKO (IQNA) – Bir qrup meksikalı müsəlman bu ölkədə Qurani-Kərimdən bəzi surələri tsotzil dilinə tərcümə edib.

"İQNA", "muslimsaroundtheworld"-ə istinadən xəbər verir ki, Tzotzil Meksikadakı Mayya xalqının ana dillərindən biridir. Çiapas əyalətində bir çox müsəlman bu dildə danışır.

Meksikanın cənubundakı müsəlman təbliğçilərdən biri olan Mudar Əbdül-Qani Tvitter hesabında yazıb: "Bu layihə bir neçə il əvvəl başlayıb və Allaha şükürlər olsun ki, biz indi onun bəhrəsini görürük".

O, əlavə etdi: "Bu layihədə Quranın bir sıra surələri tərcümə olunub və biz hazırda onu audio formada yazıb yaymağa və YouTube-da dərc etməyə çalışırıq".

Layihədə iştirak edən müsəlmanlardan biri də deyib: "Quranı ispan dilində dinləyəndə ağlımıza və zəkamıza daxil olur, amma sotsilcə mənasını eşidəndə ağlımızdan əlavə qəlbimizə də daxil olur".

4167689

 

captcha